QR CodeQR Code

ABŞ koalisiyanın Suriya və İraqda səbəb olduğu ölümlərin sayı artır

Deyerler , 2 Dec 2016 13:34

Islamtimes - ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın təyyarələrinin hava hücumlarında daha 54 dinc sakinin həlak olduğunu açıqlayıb.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada, koalisiya təyyarələrinin 31 mart-22 sentyabr tarixləri arasında 54 mülki vətəndaşın ölümünə qərəzsiz bir şəkildə səbəb olduğu qeyd olunub. Açıqlamada mümkün mülki itkilərə dair keçmiş 4 hesabatın araşdırılması və sentyabr ayında təqdim olunan 3 hesabatın qiymətləndirilməsi nəticəsində bu rəqəmin müəyyənləşdiyi vurğulanıb.

Açıqlamada, həmçinin iyulun ortalarında Menbicdə baş verən hücumda 24 mülki vətəndaşın həlak olduğu bildirilib. CENTCOM-dan verilən son açıqlama ilə koalisiya qüvvələrinin 2014-ci ildən başlayan hücumlarından bu günə qədər 173 mülki vətəndaşın öldürüldüyü təsdiq edilmiş oldu.


Story Code: 588122

News Link :
https://www.islamtimes.org/az/news/588122/abş-koalisiyanın-suriya-və-iraqda-səbəb-olduğu-ölümlərin-sayı-artır

Islam Times
  https://www.islamtimes.org