QR CodeQR Code

Rusiyadan ABŞ-a süpriz təklif

/faktxeber/ , 11 Mar 2011 10:41

IslamTimes - "Vızalarş qarşılıqlı ləğv edə bilsək, bu, iki ölkə münasibətləri baxımından tarixi addım olardı"


Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb. Putin Baydenə iki ölkə arasında viza rejimini qarşılıqlı olaraq ləğv etməyi təklif edib.

"Reuters"in xəbərinə görə, Rusiyanın Avropa Birliyinə üzv olan bəzi ölkələrlə vizaların ləğvi məsələsini müzakirə etdiyini deyən Putin ABŞ-la Rusiya arasında viza rejiminin ləğvinin daha önəmli məsələ olduğunu söyləyib: "İki ölkə arasında viza rejimini ləğv edə bilərsək, bu, iki ölkə münasibətləri baxımından tarixi addım olardı".

Bayden də Putinin təklifini dəstəkləyərək iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşdırılmasının vacibliyini vurğulayıb.

Bayden ABŞ prezidenti ilə aralarında düşüncə fərqliliyi ola bildiyini, amma hər ikisinin Rusiya ilə əlaqələrin inkişafı məsələsində həmfikir olduğunu deyib.


Story Code: 58829

News Link :
https://www.islamtimes.org/az/news/58829/rusiyadan-abş-a-süpriz-təklif

Islam Times
  https://www.islamtimes.org