0
Friday 11 March 2011 - 10:41

Rusiyadan ABŞ-a süpriz təklif

Story Code : 58829
Rusiyadan ABŞ-a süpriz təklif
Rusiyadan ABŞ-a süpriz təklif
Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb. Putin Baydenə iki ölkə arasında viza rejimini qarşılıqlı olaraq ləğv etməyi təklif edib.

"Reuters"in xəbərinə görə, Rusiyanın Avropa Birliyinə üzv olan bəzi ölkələrlə vizaların ləğvi məsələsini müzakirə etdiyini deyən Putin ABŞ-la Rusiya arasında viza rejiminin ləğvinin daha önəmli məsələ olduğunu söyləyib: "İki ölkə arasında viza rejimini ləğv edə bilərsək, bu, iki ölkə münasibətləri baxımından tarixi addım olardı".

Bayden də Putinin təklifini dəstəkləyərək iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşdırılmasının vacibliyini vurğulayıb.

Bayden ABŞ prezidenti ilə aralarında düşüncə fərqliliyi ola bildiyini, amma hər ikisinin Rusiya ilə əlaqələrin inkişafı məsələsində həmfikir olduğunu deyib.
Source : /faktxeber/
Comment