0
Saturday 3 December 2016 - 22:54

5 milyona yaxın amerikalı Trampa verdikləri səslərin Klintona köçürülməsini tələb edir

Story Code : 588493
5 milyona yaxın amerikalı Trampa verdikləri səslərin Klintona köçürülməsini tələb edir
İslamazeri.az-ın “RT”-ya istinadən verdiyi xəbərə əsasən, 5 milyona yaxın amerikalı yeni seiçilmiş ABŞ Prezidenti Donald Trampa verdikləri səslərin Hillari Klintona köçürülməsini tələb edib. Hazırlanan sənədə internet üzərindən 4,7 milyon ABŞ vətəndaşı imza atıb.
İctimai fəal Daniel Brezenof tərəfindən təşkil olunan kampaniyanın hədəfi 6 milyon səs toplamaqdır.
Sənəddə bildirilir ki, onların bu addımı tam qanunidir və hörmətlə qarşılanmalıdır.
Kampaniya çərçivəsində ölkədə keçirilən seçkilərin demokratiyaya zidd olduğu, həmçinin Trampın quldur və yalançı olduğu iddia olunub.
Source : İslamazeri
Comment