0
Friday 11 March 2011 - 14:07

"Hər bir halda mitinqi keçirəcəyik"

Story Code : 58853
"Hər bir halda mitinqi keçirəcəyik"
"Hər bir halda mitinqi keçirəcəyik"
Xəbər verdiyimiz kimi, "Müsavat" Partiyası sabah (12 mart 2011) mitinq keçirməyi planlaşdırır. BŞİH isə onlara istədikləri yerdə deyil, Bibiheybətdə mitinq keçirmək üçün icazə verib. Partiya isə bununla razılaşmır. Müsavat Ali Məclisinin sədri Arzu Səmədbəyli "Deyerler"-ə açıqlamasında bildirib: "Bu gün bir daha rayon, şəhər təşkilatlarının rəhbərləri ilə görüşümüz var. BŞİH-in son qərarını bir daha müzakirə edəcəyik.

Bakı Meriyası növbəti dəfə Konstitusiyanın qanunlarını pozaraq Müsavat Partiyasının "Təbriz" K/T-ın qarşısında keçirmək istədiyi mitinqə icazə vermədi. Daha doğrusu, BŞİH mitinqin yerini təyin edə bilməz. O sadəcə mitinq keçirilən yerdə insanların təhlükəsizliyini qorumalıdır və mitinqin keçirilməsinə şərait yaratmaqdır. Onlar Bibihetbətdə mitinq keçirmək üçün icazə verib. Bu da bir qanun pozuntusudur, çünki mitinqin yerini onlar yox, tədbiri keçirən partiya, təşkilat seçir. Biz sərbəst toplaşmaq azadlığından istifadə edib öz mitinqimizi keçirəcəyik. Biz israrlıyıq". /Deyerler/

Comment