0
Monday 5 December 2016 - 12:20

Türkiyə ilə Rusiya dollara yox deyir?!

Story Code : 588840
Türkiyə ilə Rusiya dollara yox deyir?!
İslamazeri.az-ın RİA-ya istiandən verdiyi xəbərə əsasən, Türkiyə Baş naziri Binali Yıldırımın Rusiya səfəri zamanı dekabrın 6-sı iki ölkə arasında olan ticarətdəki hesablaşmaların rubl və lirə ilə aparılması müzakirə olunacaq. Bu haqda ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim Baş nazir sabah Rusiyaya yola düşəcək və növbəti gün Rusiyanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Yaxın zamanda Rusiya ilə iki tərəfli ticarətin milli valyuta ilə aparılmasına keçid barədə tədbirlər görəcəyik.", - deyə bazar günü Kayseri şəhərindəki mitinqdə çıxış edən Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyənin mərkəzi bankına artıq müvafiq göstərişlər verilib. Oxşar tədbirlər Çin və İranla olan ticarətdə də həyata keçiriləcək.

Türkiyə Prezidenti yenidən ölkə vətəndaşlarını türk valyutasının sabitləşməsi üçün dollarlarını lirə və qızıla dəyişmələrinə səsləyib.
Source : İslamazeri
Comment