0
Monday 5 December 2016 - 13:03

Ərdəbildə Nardaran şəhidlərinin birinci il dönümünə aid mərasim keçirilib

Story Code : 588853
Ərdəbildə Nardaran şəhidlərinin birinci il dönümünə aid mərasim keçirilib
Qafqaz Mədəniyyət Mərkəzi və Şiəlik Beşiyi Ərdəbilin Ümumi Mənfəət Mərkəzinin təşəbbüsü ilə Ərdəbilin Seyid Sədrəddin İmamzadəsində Nardaran şəhidlərinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə höccətül-islam Fəyyaz əvvəl İmam Rzanın (ə) şəhadəti münasibətilə başsağlığı verərək, o həzrətin bir sıra fəzilətləri və xüsusiyyətlərindən danışıb.
Çıxışının davamında cənab Fəyyaziİmam Hüseynin (ə) qiyamlarını və onun səbəblərini izah edərək deyib: “Rəsuli-əkrəmin (s) vəfatından sonra Mədinəyə və İslam camiəsinə yavaş-yavaş qaranlıq çökməyə başladı. İmam Hüseynin (ə) dövründə artıq Mədinə fasid bir şəhərə çevrilmiş, ilahi hakimiyyət yerini xəlifəlik hökumətinə vermişdi. İmam Hüseyn (ə) təhriflər və bidətlərlə mübarizə etmək üçün öz qiyamını başladı, Peyğəmbərin (s) dininin aradan getməməsi yolunda canını qurban verdi.
Şəhidlərin qanı aradan getmir. Biz bunun nümunəsini Ərbəin piyada yürüşündə müşahidə edirik. Hətta bu piyada yürüşünə xristian və yəhudilər də qatılır”.
Höccətül-islam Fəyyazi Azərbaycan Respublikası hökumətinə xitab edərək deyib: “Hacı Mövsüm və Hacı Tale Bağırzadə kimi mömin insanları əsassız ittihamlarla zindana salmaqla İmam Hüseyn (ə) təfəkkürünün qarşısında dayanmaq mümkün deyil. Azərbaycan Respublikasının şiələrinəqarşı belə davranışlarla öz istəyinizə nail ola bilməyəcəksiniz. Siz ən azından dindarlarla mübarizə aparan İran şahının aqibətindən düzgün ibrət götürün və görün şah hökuməti bütün gücü ilə hansı aqibətə düçar oldu.
Hal-hazırda bütün dünya İmam Hüseynə (ə) sevgi ilə yanaşır. Azərbaycan hökuməti dinc və sabitlik şəraitində qalmaq istəyirsə, islamçılarla qarşılaşmaq əvəzinə, ölkədə İmam Hüseyn (ə) təfəkkürünü gücləndirsin. Yezidlərdən sizə bir xeyir gəlməyəcək”.
Xətib çıxışının davamında Nardaran məntəqəsi və onların Əhli-beytə (ə) sevgisi haqqında danışaraq deyib: “Nardaran məntəqəsi, Bakının 27 km-də yerləşir. Buranın əhalisi hüseynçidir və qədim dövrlərdən bu kənddə əzadarlıq mərasimləri təşkil edilmişdir. Təəssüflər olsun ki, hakimiyyət kommunistcəsinə rəftar etmiş, əzadarlıqla məşğul olan dindarları həbs etmişdir. Bu ölkədə Eurovision kimi bir müsabiqənin keçirilməsinə icazə verilir, ancaq İmam Hüseyn (ə) əzadarlığı keçiriliməyə icazə verilmir, əzadarlıq mərasimi təşkil edən dindarlara hücum olunur və şəhid edilir.
Aşura məktəbi ölkələrə əmin-amanlıq və müqavimət bəxş edir. Siz yaxşı bir nəticə görmək istəyirsinizsə, Hizbullaha, İran xalqına və Suriyaya baxın. Görün ki, şiə və sünnü bir yerdə necə “Ya Zeynəb” şüarını fəryad edir və kafirlər qarşısında müqavimət göstərirlər. Onlar həmişə qalibdirlər. Azərbaycan Respublikasının hakimiyyəti bunu bilsin ki, Nardaran şəhidlərinin qanı hədər getməyəcək. Çünki bu,Allahın vədidir.
Azərbaycan Respublikası öz torpaqlarını Ermənistandan geri almaq istəyirsə, təkcə silaha arxalanmaqla buna nail ola bilməz. Onlar bu ölkədə İmam Hüseyn (ə) təfəkkürünə yer və önəm verməlidir. Əks təqdirdə heç bir nailiyyət əldə edilməyəcək. Siz öz dininizi qorumalısınız. Bu günləri sionist rejimi səni müdafiə edirsə, bu yalnız onun öz maraqları istiqamətindədir. Çünki heç vaxt qurdla quzunun dostluğu baş tutmaz. Bu gün sən nurçulara və digər mülhid qruplara dəstək verərək şiələrə qarşı qaldırırsansa, bilməlisən ki, şəhidlərin qanı hədər getməyəcək, İmam Hüseyn (ə) qanı həmişə qalib olub və olacaq”./qafqaz.ir/
Source : Nur.az.com
Comment