0
Tuesday 6 December 2016 - 13:04

Der Spiegel: Almaniya Səud rejimini Yəmənə qarşı silahlandırır

Story Code : 589172
Der Spiegel: Almaniya Səud rejimini Yəmənə qarşı silahlandırır
Maide.Az FaktXəbər-ə istinadən məlumat verir ki, bu barədə Almaniyanın Der Spiegel qəzeti yazıb.

Dərgidə Səud rejiminin Alman silahları ilə Yəmənə hücum etdiyi vurğulanıb.

"Federal Polis Departamentinin hesabatına görə, Almaniya Yəmənə qarşı istifadə etməsi üçün Səud rejiminə 40 mindən artıq silah göndərib", - deyə həftəlik qəzetdə bildirilib.

Qeyd edək ki, BMT-nin hesabatına görə Yəmən müharibəsinə görə 2,2 milyon insan qaçqın düşüb, 10 mindən artıq dinc sakin isə həyatını itirib. Bu ancaq rəsmi məlumatdır. Qeyri-rəsmi statistikanın göstəriciləri daha dəhşətlidir.

Bundan başqa müharibə nəticəsində ölkədə yaranan aclıq və susuzluqdan 21 milyon yəmənli əziyyət çəkir.
Source : Maide
Comment