0
Tuesday 6 December 2016 - 13:10

Ayətullah Xamenei: "Sionistlərin gözünün qarşısında qüvvələrimizin olması qürurumuzdur!"

Story Code : 589178
Ayətullah Xamenei: "Sionistlərin gözünün qarşısında qüvvələrimizin olması qürurumuzdur!"
Farsnews xəbər verir ki, Ayətullah Xamenei şəhid ailələrinə müraciətdə belə danışıb: "Sionistlərin gözü qarşısında müqavimət qüvvələrizin olması böyük şərəfimizdir!".

Ali dini rəhbər müqəddəs məkanları müdafiə edən insanları bəsirətli insanlar kimi xarakterizə edib. Ayətullah Xamenei müqəddəs məkanları müdafiə etməyə gedənlərin digər bir xüsusiyyətlərinin isə şəhadət şövqü olduğunu qeyd edib.

Bu gün sionist İsrail rejiminin sərhədlərində və sionistlərin gözünün qarşısında Hizbullah və Əməl kimi müqavimət qüvvələrinin olduğunu deyən Ayətullah Xamenei, sionistlərin İranı müdaxilə etməkdə ittiham etməsinin məhz bu səbəbdən olduğunu bildirib. "Çünki İranın onların gözünün qarşısında qüvvələri var və bu da İslam və İslam Respublikası üçün böyük qürur mənbəyidir".
Source : Deyerler
Comment