QR CodeQR Code

Hacı Zülfüqar "vicdan məhbusu" kimi tanına bilər

12 Mar 2011 07:33

IslamTies - Nəsimi rayon məhkəməsində tanınmış ilahiyyatçı -alim Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib. Hacı Zülfüqar Mikayılzadənin vəkili Elçin Namazov bildirib ki, məhkəmədə həbsin ev dustaqlığı ilə dəyişdirilməsini istənilib: "Bu məsələ ilə bağlı bildirdik ki, Hacı Zülfüqarın bu günə qədər əleyhinə heç bir dəlil, sübut yoxdur, yaşayış yeri məlumdur, 3 uşağı var. Ən başlıcası isə özü günahsızlığını sübut etmək yolunu tutub. Cinayətini etiraf etmir və deyir ki, bu böhtandır, siyasi sifarişdir.


Vəkil bildirdi ki, istintaq orqanı buna etiraz etdi. Bildirildi ki, məhbus azad olunsa, qaça bilər, cinayətin maddəsi ağırdır: "Amma biz ortaya əks-arqumentler qoyduq. Avropa məhkəməsinin qərarlarına əsaslanaraq bildirdik ki, hökmün ağır olması bir şəxsi həbsdə saxlamaq üçün kifayət etmir. Avropa məhkəməsində təcrübə belədir. Həmçinin də qeyd etdik ki, qaçış həmin cinayətin Zülfüqar Mikayılov tərəfindən törədildiyinə çox böyük ehtimal yaradacaq. Belə olan təqdirdə, ayrı bir cinayət tərkibi olacaq və yeni bir cinayət maddəsi əlavə olunacaq.

Verdiyimiz vəsatətin təmin olunub olunmayacağından asılı olmayaraq, demək olar ki, müsbət nəticə əldə edildi. Belə ki, Zülfüqar Mikayılovun onunla birlikdə təqsirləndirilən digər 6 şəxslə əlaqələndirilməsi və onlarla birlikdə hakimiyəti devirməkdə ittiham edilməsinin səhv olması qətiləşdi. Bunu müstəntiq etiraf edib. Demək olar ki, bu məhkəmənin xeyri elə bu oldu.

Məhkəmə sadəcə istintaq tərəfindən bütün sənədlər təqdim edilmədiyinə görə saat 15-ə qədər təxirə salınıb”.
Müstəntiq Hazı Zülfüqarın həbs olunmasına əsas səbəb kimi Günəşli qəsəbəsində çıxışı zamanı “Bizə uzanan əlləri kəsəcəyik” deməsi olduğunu bildirib. Halbuki, bu cümlədə heç bir cinayət tərkibi yoxdur. Hər hansı bir şəxs onun hisslərinə toxunulduğu zaman hansısa ifadələr işlədir və buna görə cinayət işi açılmır".

"Dəyərlər" saytının məlumatına görə, məsələyə münasibət bildirən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirdi ki, məhkəmədə Hacı Zülfüqarla görüşə bilib: "Hacı Zülfüqarın ruhiyyəsi çox yüksək idi. İttihamların ağırlığına rəğmən, çox səbirli və təmkinli durumda idi. İttihamların da əsassızlığı göz önündədir. Əgər məhkəmə araşdırılması obyektiv keçiriləcəksə, Hacı Zülfüqarın bəraət alması şübhəsizdir. DEVAMM olaraq, Hacı Zülfüqarın müdafiəsi üçün əlimizdən etməyi çalışırıq. Beynəlxalq qurumlar qarşısında Hacı Zülfüqarın "vicdan məhbusu" kimi tanınması üçün məsələ qaldırmışıq".


Story Code: 58937

News Link :
https://www.islamtimes.org/az/news/58937/hacı-zülfüqar-vicdan-məhbusu-kimi-tanına-bilər

Islam Times
  https://www.islamtimes.org