QR CodeQR Code

Təyyarənin qəzaya uğradığı bildirildi

7 Dec 2016 18:58

IslamTimes - Göyərtəsində 47 nəfər olan Pakistan Hava Yolarına məxsus təyyarə radarların nəzarətindən itib.


TASS xəbər verir ki, təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkət edirmiş. Son məlumata görə, təyyarə dağa çarpılıb. Təyyarənin göyərtəsində 5 pilot, 42 sərnişin olub. *** 16:16 Az əvvəl Pakistanda sərnişin təyyarəsi radarlardan itib. Pakistan mənbələrinə istinadən xəbər verir ki, təyyarə "Pakistan Airlines" şirkətinə məxsus olub və Çitral-İslamabad reysi ilə uçurdu. Təyyarənin göyərtəsində 47 sərnişin olub. Digər təfərrüatlar haqda xəbər verilmir. Çitral şəhəri Əfqanıstanla sərhəddə yerləşir.


Story Code: 589572

News Link :
https://www.islamtimes.org/az/news/589572/təyyarənin-qəzaya-uğradığı-bildirildi

Islam Times
  https://www.islamtimes.org