0
Saturday 12 March 2011 - 15:35

Qeyrətli Təbriz əhalisinin Azərbaycan müsəlmanlarına dəstək və Bakının anti-din siyasətlərinə etiraz aksiyasının bəyanatı

Story Code : 59073
Qeyrətli Təbriz əhalisinin Azərbaycan müsəlmanlarına dəstək və Bakının anti-din siyasətlərinə etiraz aksiyasının bəyanatı
Bu gün Təbrizdə Azərbaycan Respublikası hökumətinin slamofobiya siyasətin qarşı etiraz olaraq aksiya keçirilib. Aksiya cümə namazından sonra keçirilib. Aksiyaçılar Azərbaycan islam Partiyası sədrinin həbsdən azad olunmasını və orta məktəblərdə hicaba qoyulan qadağanın ləğv olunması ilə bağlı şüarlar səsləndiriblər.

Aksiyanın sonunda bir bəyanat oxunub. Bəyanatda deyilir:
Qeyrətli Təbriz əhalisinin Azərbaycan Respublikası müsəlmanlarına dəstək və Bakının anti-din siyasətlərinə etiraz aksiyasının bəyanatı

و نرید ان نمن على الذین استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثین

"Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək"

Müsəlmanların islami oyanışının İslam Dünyasının böyük bir hissəsini bürüdüyü, əcnəbilər qarşısında itaətkar, xalq qarşısında isə zorakı və zalım başçıların bir-birinin ardınca ilahi qanunlar qarşısındakı inadkarlıqlarının nəticəsi ilə üzləşdikləri bir şəraitdə hamının müsəlman və dünyanın 2-ci şiə ölkəsi olaraq tanıdığı Azərbaycan Respublikasında hakim quruluşun İslam dininin əsas prinsipləri ilə təzadda olan siyasətlərini davam etdirməsi son dərəcə təəccübləndirici və eyni zamanda təəssüfləndiricidir. Artıq bir müddətdir ki, İran İslam Respublikasının qonşuluğunda yerləşən Azərbaycan Respublikasında sionist rejim at oynadır və Bakı sionistlərin təsiri altına düşərək, İslam dini ilə təzadda olan bir siyasət yürütməkdədir. Əlbəttə, Bakının bu siyasətə dəyişiklik etməyəcəyi təqdirdə Tunis, Misir və Liviyaya hakim rejimlərin taleyi ilə oxşar taleyə malik olacaq.
Biz Təbriz xalqı öz insani və dini vəzifələrimiz çərçivəsində İran və Azərbaycan xalqları arasındakı tarixi, mədəni və dini ortaqlıqlara söykənərək, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünə təkid edir və eyni zamanda Bakının anti-din siyasətini kəskin formada pisləyirik. Elə bu istiqamətdə aşağıda qeyd olunan məsələləri önə çəkirik:

1. Məscidlərin bağlanılması və ya sökülməsi, daxili telekanallarda azan və dini proqramların yayımına icazənin verilməməsi, televiziya vasitəsi ilə çirkin Qərb mədəniyyətinin təbliğ edilməsi, məscid minarələrindən azanın verilməsinə qadağanın tətbiq edilməsi, mətbuat orqanlarında anti-din hərəkətlərin artması o cümlədən Unikal qəzetində "Şeytan Ayələri" kitabının dərc olunması və Bakıda çıxan Alma qəzetinin İslam peyğəmbərinə hörmətsizlik etməsi, din xadimləri və ruhanilərin seçkilərdə iştirakına icazənin verilməməsi, hicablı qızlar və qadınlar üçün məhdudiyyətlərin yaradılması o cümlədən onlara şəxsiyyət vəsiqəsinin verilməməsi, dövlət idarələrində islami simvollardan istifadənin qadağan edilməsi, şiə kitablarının xüsusilə də təqlid mərcələrinin əhkam kitablarının satışına qadağanın tətbiq edilməsi, təhlükəsizlik qüvvələrinin ötən il Hüseyn Aşurasında Naxçıvan Muxtar Respublikasında 4 min nəfər sakini olan Bənənyar kəndinə qarşı vəhşicəsinə hücumları, İslam peyğəmbərinin vəfatının ildönümü günündə Bakının Füzuli meydanında dindar gənclərin döyülməsi, həbs edilməsi və orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi, hicab qadağasına etiraz edənlərin və islamçı fəalların geniş formada həbs edilməsi rəsmi Bakının anti-İslam siyasətinin aşkar nümunələrindən sayılır ki, Azərbaycan Respublikası müsəlmanları ilə yanaşı dünya müsəlmanları, xüsusilə də İran İslam Respublikası xalqının narahatlığına səbəb olub. Buna görə də rəsmi Bakının tez bir zamanda öz siyasətlərinə düzəliş etməsi gözlənilir.
2. Azərbaycan Respublikasının müsəlman xalqının 4 ildən artıqdır ki, təhsil mərkəzlərində hicab qadağası layihəsi ilə bağlı laik dairələrin qarşısında müqavimət göstərməsi, xalqın məscidlərdən azanın verilməsi qadağası qarşısında dayanması, geniş məhdudiyyətlərə baxmayaraq hicabdan istifadə hallarının artması, gənclərin məscidlərdəki iştirakının çoxalması, Azərbaycan Respublikası xalqının müqəddəs məkanlara olan ziyarət səfərlərinin artması, islami münasibətlərin xüsusilə Məhərrəm və Ramazan aylarında daha geniş formada qeyd olunması, məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq hər il Ümumdünya Qüds Günü mərasimlərinin təşkil olunması, İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərini pisləmək üçün etiraz aksiyalarının keçirilməsi, xalqın məscidlərin bağlanması və sökülməsi o cümlədən Xanım Fatimə(s) məscidinin dağıdılması qarşısındakı müqaviməti və Təhsil Nazirliyinin orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi üzrə bəyanatına etirazı olaraq ölkənin müxtəlif şəhərlərində onlarla etiraz aksiyasının təşkil edilməsi Azərbaycan Respublikasının müsəlman xalqının İslam dininə olan bağlılığının nişanələri sayılır ki, rəsmi Bakı islam prinsipləri və dəyərləri qarşısında diqqətli olmasını zəruri bir məsələyə çevirir. Amma, təəssüflər olsun ki, bu mühüm məsələ sionistlərin nüfuzu sayəsində Bakı rəsmilərinin diqqətsizliyi ilə üzləşib. Buna görə də yaxşı olar ki, Azərbaycan Respublikası hökuməti İslam Konfransı Təşkilatına üzv ölkə olaraq öz taleyini sionist rejimin qaranlıq taleyinə bağlamasın və İslam dünyasına qoşulsun.
3. Azərbaycan Respublikasında orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi artıq 3 aydır ki, hicablı qızların təhsildən məhrum olmasına səbəb olub. Bu məsələ heç bir məntiqə və dini prinsipə uyğun olmamaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25 və 48-ci maddələri (dini etiqad azadlığı və təhsil azadlığı) ilə aşkar təzaddadır. Digər tərəfdən bu siyasət Beynəlxalq İnsan Haqları prinsipləri xüsusilə də 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Haqları Nizamnaməsinin 18-ci və Birləşmiş Millətlər Təşkilatının əsasnaməsinin 55-ci maddələri habelə, 1990-cı ildə İslam Konfransı Təşkilatı tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının da onun qarşısında öhdəlik götürdüyü İslami İnsan Haqları Bəyannaməsi ilə daban-dabana ziddir. Buna görə də, rəsmi Bakının Təhsil Nazirliyinin hicab qadağası ilə bağlı bildirişini ləğv etməli, hicab qadağasına etiraz edən dindarlar və ruhanilər xüsusilə də İslam Partiyasının sədri Hacı Möhsün Səmədov azadlığa buraxmalı və bütün müsəlmanlardan üzr istəməlidir.
4. Ali təqlid mərcələrinin İslam Dünyasındakı yüksək mövqeyi də Azərbaycan Respublikası rəsmilərinin diqqətsizliyi ilə üzləşən digər mühüm məsələlərdəndir ki, bəzi təqlid mərcələrinin o cümlədən Həzrət Ayətullah Sübhani Təbrizi və İranın müxtəlif şəhərlərinin imam cümələri xüsusilə də Təbriz şəhərinin hörmətli imam cüməsi Ayətullah Müctəhid Şəbistərinin hicab qadağasının ləğvi üzrə tövsiyələrini ölkələrinin daxili işlərinə müdaxilə kimi qələmə veriblər. Buna görə də rəsmi Bakının xüsusilə də prezident İlham Əliyevin bir şiə müsəlman olaraq ali təqlid mərcələrinə hörmətini nümayiş etdirməsi və hicab qadağasının ləğvi ilə yanaşı ümumiyyətlə anti-İslam siyasətlərinə son qoyması gözlənilir.
5. Azərbaycan Respublikası ərazisinin 20%-dən çox hissəsinin işğal altında olduğu bir şəraitdə Bakı rəsmiləri işğal altında olan ərazilərin azad edilməsi üzrə xalqın dini etiqadları və inanclarından faydalanmalı olduqları halda, İslam prinsiplərinə qarşı mübarizə aparırlar. Ümid edirik ki, Azərbaycan xalqının səbir kasası dolmamış Bakı rəsmiləri öz səhvlərini başa düşsünlər və Qarabağın azad edilməsi, 1 milyondan çox didərginin problemlərinin həlli üçün çarə ardınca olsunlar.


Sonda Azərbaycan Respublikasının müsəlman xalqının ilahi qanunlara diqqətini alqışlayır,
"ان الذین قالو ربنا الله ثم استقاموا فلا خوف علیهم ولا هم یحزنون" ayəsini onlara xatırladaraq, Azərbaycan Respublikası hökumətindən istəyirik ki, ölkədə xalqın xüsusilə də islamçıların ictimai-siyasi fəaliyyətinə mane olan atmosferi aradan qaldırmaq və anti-İslam siyasətləri dayandırmaqla yanaşı həbsdə olan bütün islamçıları o cümlədən İslam Partiyasının sədrini azadlığa buraxsın.

Vəssəlamu Əleykum Və Rəhmətullahi və Bərəkatuh







Source : arannews
Comment