0
Sunday 11 December 2016 - 18:08

“Həşd əş-Şəbi qüvvələri İraqın bu günü və gələcəyi üçün böyük sərvət və qazancdır”

Story Code : 590745
“Həşd əş-Şəbi qüvvələri İraqın bu günü və gələcəyi üçün böyük sərvət və qazancdır”
Maide.Az xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İraqın Ali İslam Məclisinin sədri Əmmar Həkim və İraq Şiələrinin Milli Koalisiyasının üzvləri ilə görüşdə deyib.

Ayətullah Xamenei İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud günləri, eləcə də Mosulda əldə olunan qələbələr münasibəti ilə görüş iştirakçılarını təbrik edib.

“İraqda şiə qruplar arasında koalisiyanın formalaşması sevindirici və önəmli bir addımdır. Bu vəhdətin əsasları qorunmalı və gücləndirilməlidir. Koalisiya İraqda müxtəlif məzhəb, tayfa və cərəyanlara öz ağuşunu açmalıdır və onlara ata nəvazişi göstərməlidir. İraq Şiələrinin Milli Koalisiyasına üzv olan bütün cərəyanlar, əsas üzvlər və rəhbərinin vəzifəsi çox ağırdır. Onların qərarı və hərəkətləri İraqda, regionda və İslam dünyasındakı proseslərə təsiredicidir. Milli Koalisiyanın dəyərli məqsədlərinə yalnız birliyi qorumaqla çatmaq mümkündür. Bunu davam etdirmək üçün ehtiyatlı olmaq lazımdır”.

Ayətullah Xamenei Əl-İbadi hökumətinin gördüyü işlər, xüsusi ilə Həşd əş-Şəbi qüvvələrini dəstəkləməsini sevindirici hal kimi dəyərləndirib və deyib ki, Milli Koalisiyanın önəmli vəzifələrindən biri İraqdakı hakimiyyəti dəstəkləməkdir. “Həşd əş-Şəbi qüvvələri İraqın bu günü və gələcəyi üçün böyük sərvət və qazancdır, bu qüvvələr dəstəklənməli və gücləndirilməlidir”.

Ayətullah Xamenei İraqın inkişafı və güclənməsi üçün elm və araşdırma məsələsinə də diqqət yetirilməsinin zəruriliyini vurğulayıb. “Universitetlərin gücləndirilməsi, İraqda elm və tədqiqat əsaslarının gücləndirilməsinə ciddi diqqət yetirmək lazımdır. Xüsusi ilə İraq xalqının düşmənləri və Amerika bu ölkənin elm adamlarının çoxunu qətlə yetirdiyi bir vaxtda bu çox önəmlidir”.

Ali Rəhbər İraq şiələrinin Milli Koalisiyasına amerikalılara heç vaxt güvənməməyi tövsiyə edib. “Amerikalılar həmişə İslam ölkələrinin güclü olmasına qarşı olub və onların (amerikalıların) görüntü xətrinə olan hərəkətlərinə və təbəssümlərinə aldanmaq olmaz. İslam İnqilabının bizə tövsiyyəsi həmişə Amerikaya güvənməmək olub. Biz İran İslam Respublikasında nə zaman bu tövsiyəyə əməl etmişiksə qazanmışıq, nə zaman unutmuşuqsa ziyan görmüşük”.

Ayətullah Xamenei deyib ki, onlar zahirdə iddia etdikləri kimi heç vaxt təkfirçi terrorçuların kökünün kəsilməsini istəməyiblər, çalışıblar bu terrorçuların bir hissəsini özlərinin gələcək məqsədləri üçün qorusunlar.
“Hazırda Mosulda və Suriyada amerikalılar təkfirçi terrorçuların tamamilə məğlub olmasını istəmirlər. İŞİD İraq neftini satdığı zaman, amerikalılar sadəcə neft tankerləri sıralarının hərəkətinə seyr edirdi və onları vurmurdu. Buna görə amerikalılara güvənmək olmaz”.

Ayətullah Xamenei deyib ki, İraqın gələcəyini bu günkündən daha parlaq və yaxşı görürəm. “İraqın inkişafı İran İslam Respublikasının xeyrinədir və iki ölkənin həmrəyliyi hər iki tərəfin xeyrinədir”.

Ayətullah Xamenei görüşün sonunda Ərbəin yürüşü zamanı İraq xalqının zəvvarlara göstərdiyi qonaqpərvərliyə görə İraq xalqı və məsul şəxslərinə öz təşəkkürünü bildirib.
Source : Maide
Comment