0
Saturday 12 March 2011 - 22:22

Netanyahunun İslami oyanışa qarşı planı

Story Code : 59128
Netanyahunun İslami oyanışa qarşı planı
Netanyahunun İslami oyanışa qarşı planı
"IslamTimes" İsrailin Maariv qəzetinə istinadən xəbər verir k, Benyamin Netanyahuya yaxın mənbələr onun beynəlxalq bir fond yaratmaq niyyətində olduğunu bildiriblər. Netanyahu bu fonda ayrılan pullar vasitəsilə iqtisadi dirçəlişə nail olaraq, ərəb dünyasındakı xalq hərəkatlarının güclənməsinə mane olmaq istəyir. 

Qəzet Netanyahuya istinadən bildirib ki, hazırlanan layihə Marşalın 2-ci dünya müharibəsindən sonra Avropanın inkişafı üçün hazırladığı plana çox bənzəyir.

Qəzetin yazdığına əsasən, Netanyahu ötən həftə Amerika konqresinin bəzi üzvləri ilə hərtərəfli danışıqlar aparıb. Danışıqlarda iştirak edənlər arasında son prezident seçkilərində Respublikaçı namizəd Con Məkkeyn və Demokratların nümayəndəsi Elmer Aleksandr da olub. Onlar danışıqlarda iştirak etmək üçün İsrailə yollanıblar. Netanyahu bu görüşdə təkidlə vurğulayıb ki, fonda daxil olacaq gəlir özəl qruplar vasitəsi ilə təmin olunmalıdır. 

"Əl-Aləm" Maarivə istinadən bildirir ki, Netanyahu zülmkar rejimləri devirən və bu rejimlərlə mübarizə şəraitində olan ərəb ölkələrinin İrandan təsirlənə biləcəyindən narahatdır. 

Bu mövzu ilə əlaqədar Netanyahu İsrailin Milli Təhlükəsizlik Şurasının direktorunun müavininə yuxarıda qeyd olunan planla bağlı göstərişlər verib. Netanyahu Lirmana tapşırıb ki, Nümayəndələr palatasında Respublikaçıların, Konqres və Senatda Demokratların nümayəndələri ilə danışıqlara başlasın. 

Maariv əlavə edib ki, İsrailin Xarici İşlər Nazirinin müavini Danni Ayalon deyb: "Mən varlı ərəb ölkələrinin hazırlanmış planın maddi öhdəçisi olmasını təklif edirəm." 

Dünya İsrailin bu çirkin planından elə bir vaxt xəbər tutub ki, Fars körfəzi ətrafında yerləşən ərəb ölkələri Bəhreyn və Omanda dövlət əleyhinə keçirilən etiraz aksiyalarını yatırtmaq üçün 20 milyard dollar yardım göstəriblər. Xalqın səsini boğmaq üçün pul ayırmış bu ölkələr iddia edirlər ki, ayrılmış pul tikinti işləri və xalqın yaşayış səviyyəsinin daha yaxşı olması üçün xərclənəcək. Beləliklə qəzəbli xalqın narazılıqları da azalacaqdır.
Comment