0
Sunday 13 March 2011 - 07:45

Kişidən sənə nə!

Story Code : 59174
Kişidən sənə nə!
Kişidən sənə nə!
Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, «polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin» işi məhkəməyə göndərilib. Qalan 30 nəfər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ailəsi ilə birlikdə şəhərin mərkəzində olub. Jurnalistlər ondan aksiyaya münasibət bildirməsini istəsə də, o, ailəsi ilə şəhərə istirahət etməyə çıxdığını, şərh verə bilməyəcəyini deyib. Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişov jurnalistləri günahlandırıb ki, jurnalistlər aksiya iştirakçılarının arxasınca getdiyindən onlar da dağılışmaq istəmir. Aksiya zamanı «Dalğa» Gənclər təşkilatının iki üzvü - Elmin Həsənov, İlkin Əlisoy da saxlanılıb. K. Vəlişov saxlanan gənclərdən birinin geyiminin rənginə iradını bildirib: «Kişi qırmızı mayka geyməz, maykası ağ olar». Kimsə “kişidən sənə nə” deyə cavab verib.11 Mart aksiyası zamanı gənclər qırmızı rəngi etiraz əlaməti olaraq seçmişdi. /HaqqYolu/

Comment