QR CodeQR Code

AKP rahat, müxalifət narahat

13 Mar 2011 07:05

IslamTimes - Ankara Türkiyə seçkilərə hazırlaşır. 12 iyun 2011-ci ildə Türkiyə parlamentinə 24-cü dönəm seçkiləridir.


AKP yenə də bir dönəm təkbaşına iqtidar olacağına güvənir. Seçkilərdə "ilk"lər İkinci Dünya müharibəsindən sonra təkpartiyalı rejimdən çoxpartiyalı rejimə keçmiş Türkiyədə seçki sistemi, özəlliklə səsvermə sisteminin böyük ölçüdə təkmilləşdiyini deyə bilərik. Bu proses bu gün də davam edir. İyun seçkilərində də bir çox "ilk"lər yaşanacaq. İlk dəfə Türkiyədə 25 yaşına çatmış şəxslər millət vəkili namizədi ola biləcəklər. Taxta qutuların yerinə istiliyə və qırılmağa dözümlü, 40x55x50 həcmində şəffaf qutulardan istifadə ediləcək. Səsvermə kabinələri də dəyişdiriləcək. Tünd rəngli, dözümlü parça ilə örtülmüş, daşına bilən portativ səsvermə kabinələrindən istifadə ediləcək.
AKP-nin bu seçkilərdə yenə böyük fərqlə qalib gələcəyi ehtimal edilir. Son aylarda müxtəlif ictimai rəy sorğusu keçirən şirkətlərin açıqladığı nəticələrdə bu partiyanın səsi 40-45 faiz arasında dəyişməkdədir.
İkincisi, bu qədər yüksək vəzifəli məmurun AKP-ni tərcih etmələri təsadüf sayıla bilməz. Bu mənzərə AKP-nin kadr siyasətində "öz adamlarına" üstünlük verdiyinə dair iddiaların doğru olduğuna dəlalət edir. Gündəliyə qeyd edilənlər
AKP yeni dönəmdə də təkbaşına iqtidar olacağına arxayındır. On illik hakimiyyəti dövründə partiyanın maliyyə imkanlarını genişləndirməsi və təşkilati strukturunu möhkəmləndirməsi bu arxayınlığı daha da artırır. Lakin əsas problem hakim partiyanın qarşısında təsirli strategiya və taktikaya sahib olan müxalifətin olmamasıdır. Türkiyədə bir dönəm "hər kəs yenə də öz yağında qovrulacaq". /Ayna/


Story Code: 59176

News Link :
https://www.islamtimes.org/az/news/59176/akp-rahat-müxalifət-narahat

Islam Times
  https://www.islamtimes.org