QR CodeQR Code

Əfqanıstan xalqı ABŞ və NATO-nun qurbanı

13 Mar 2011 07:10

IslamTimes - Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk etməyə çağırıb


Əfqanıstan prezidenti Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk edib, Pakistan sərhədlərinə yerləşməyə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Karzay bu çağırışı Kunar vilayətinin paytaxtı Əsədabad şəhərinə səfəri zamanı edib. Əfqan lideri deyib ki, onun hökuməti NATO-ya terroristlərin Əfqanıstanda deyil, qonşu Pakistanda olduğunu sübut edib. Həmid Karzay əfqanların səbirli xalq olduğunu, lakin səbrin artıq tükəndiyini bildirib. Əfqanıstanda mülki vətəndaşlar arasında tələfat son zamanlar narahatlıq mövzusudur. Bu ayın əvvəllərində ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı, general Deyvid Petreas Kunar vilayətində hava hücumları zamanı 9 uşağın ölümünə görə üzr istəmişdi.


Story Code: 59177

News Link :
https://www.islamtimes.org/az/news/59177/əfqanıstan-xalqı-abş-və-nato-nun-qurbanı

Islam Times
  https://www.islamtimes.org