QR CodeQR Code

Amnesty İnternational: Arakanlı müsəlmanlara təcavüz və işgəncə edilir

Maide , 19 Dec 2016 13:53

Islamtimes - Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı, Arakanlı müsəlmanlara qarşı edilən zülmlərdən sonra Myanmar ordusunun insanlığa qarşı cinayət törətdiyini söyləyib.


Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı hesabatında Myanmar ordusunu müsəlmanlara təcavüz, işgəncə vermekdə ittiham edib.

Keçən ay BMT rəsmisi, Myanmarın etnik təmizləmə apardığını söyləyərkən, insan haqları təşkilatları məhv edilən kəndlərin peyk görüntülərini yayımlamışdı.

Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatının hesabatında, təsadüfi cinayətlər, özbaşına həbs və işgəncə, 1200 evlə məktəb və məscid kimi digər binaların yandırılmasından da bəhs edilir.

Qeyd edək ki, Myanmarda müsəlmanlar illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri-rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgin düşüb.

BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.

Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.

Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.

Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. (faktxeber)


Story Code: 592859

News Link :
https://www.islamtimes.org/az/news/592859/amnesty-international-arakanlı-müsəlmanlara-təcavüz-və-işgəncə-edilir

Islam Times
  https://www.islamtimes.org