QR CodeQR Code

Səud rejimi ikinci ildir rekordu yeniləyir - 150 edam reallaşdırılıb

Islaminsesi , 19 Dec 2016 17:56

Islamtimes - İnsan Hüquqları təşkilatlarından verilən açıqlamaya əsasən bu ilin sonuna qədər Səud rejimi 150 insanı edam etmiş olacaq. Bu artıq ikinci ildir ki, Səudiyyədə təkrar olunur.


İslaminSesi bildirir ki, edama məhkum olunmuşlar əsasən dövlət təhlükəsizliyinə qarşı cinayət törətməkdə, o cümlədən dövlətə qarşı etirazda günahlandırırılar. Bundan əlavə qanunsuz narkotika alveri və qətllər bura daxildir. Qeyd edək ki, edam olunanlar arasında iki əcnəbi və 4 yetkinlik yaşına çatmamış şəxslər olub. 81 nəfər o cümlədən onun 23 əcnəbi olmaqla qətldə günahlandırılıb edam olunublar. 23 nəfər isə qanunsuz narkotika alverinə görə edama məhkum olunublar.

2016-cı ilin 2 yanvarında Səud rejimi tərəfindən terrorizm ittihamı ilə 47 nəfər həbs olunub və onlarının hamısının başı bədənindən ayrılıb. Xatırladaq ki, Səudiyyədə 1980-ci ildən bəri belə kütləvi cəzalandırma olmayıb. Yanvar edamları böyük səs-kyə səbəb olmuşdu. Hətta Tehranda Səudiyyənin səfirliyi də yandırılmışdı.

Ümumiyyətlə bu iki il ərzində Səud rejimi edamları şiddətləndirib. Bu 1971-ci ildən bəri ən yüksək rəqəmlərdir. Keçən il 158, bu il 150 rəqəmini insan hüquq müdafiəçiləri sadəcə olaraq dəhşət adlandırırlar.

İnsan hüquq müdafiəçiləri tərəfindən verilən digər məlumata əsasən isə narkotika və spritli içkinin qanunsuz dövriyyəsi ilə əlaqədər edam olunan əsasən 18 yaşına çatmamışlar olub.

Beynəlxalq hüquq müdafiəçiləri, eləcə də BMT bu edamlara qarşı dəfələrlə etiraz edib. Beynəlxalq müşahidəçilər bildirir ki, bu Səud rejiminin diktatiranı qüvvətləndirmək cəhdlərindən başqa bir şey deyildir.

Səud rejimi tərəfindən edilən edamların statistikası və illər üzrə artma şkalası.


Story Code: 592925

News Link :
https://www.islamtimes.org/az/news/592925/səud-rejimi-ikinci-ildir-rekordu-yeniləyir-150-edam-reallaşdırılıb

Islam Times
  https://www.islamtimes.org