QR CodeQR Code

Rusiya müdafiə naziri: "Rusiyanın Suriyada keçirdiyi 71 min hava hücumunda 35 min terrorçu öldürülüb"

Deyerler , 22 Dec 2016 22:12

Islamtimes - Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2015-ci ilin sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başlamasından etibarən Rusiya döyüş təyyarələrinin təşkil etdiyi 71 min hava hücumunda 35 min terrorçunun öldürdüyünü deyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Şoyqu Rusiya hava qüvvələrinin Suriyada həyata keçirdiyi hava əməliyyatlarında terrorçu qruplara aid 725 təlim düşərgəsi, 405 sursat emalatxanası və 1500 sursat yerinin məhv edildiyini qeyd edib. Əməliyyatlarda 204 səhra komandiri daxil olmaqla 35 min terrorçunun da öldürüldüyünü deyən Şoyqu, bu müddət әrzindә təxminən 9000 yaraqlının tərksilah olduğunu qeyd edib.

Şoyqu, həmçinin Rusiyanın Suriyadakı əməliyyatlarının terrorizmin regionda yayılmasının qarşısının alınmasına, ölkənin parçalanmasına və rəngli inqilablar zəncirinin qırılmasına kömək etdiyini vurğulayıb. Şoyqu əməliyyatlar zamanı Suriyada 12360 kvadrat kilometrlik bir ərazinin terrorçulardan təmizləndiyini bildirib.


Story Code: 593850

News Link :
https://www.islamtimes.org/az/news/593850/rusiya-müdafiə-naziri-rusiyanın-suriyada-keçirdiyi-71-min-hava-hücumunda-35-terrorçu-öldürülüb

Islam Times
  https://www.islamtimes.org