QR CodeQR Code

BMT-də ilk dəfə İsrail rejiminə qarşı qətnamə qəbul edildi

Apa , 24 Dec 2016 07:26

İslamtimes - BMT Təhlükəsizlik Şurası İsrail rejimindən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə qəbul edilib.

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.


Story Code: 594075

News Link :
https://www.islamtimes.org/az/news/594075/bmt-də-ilk-dəfə-israil-rejiminə-qarşı-qətnamə-qəbul-edildi

Islam Times
  https://www.islamtimes.org