QR CodeQR Code

Sergey Lavrov: "Təcrübə göstərir ki, İslam və demokratiya birgə mövcud ola bilər"

14 Mar 2011 11:53

IslamTimes - Bazar günü Rusiya XİN rəbəri Sergey Lavrov Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələrdə kəskin dini xarakter olmadığını bildirib.


"Liviya və Misirdə baş verən hadisələrin əsas aparıcı qüvvəsi təhsilli gənclərdir. Müxalifətin irəli sürdüyü fikirlər də dini zəmində deyil, bu fikirlər rejimin dəyişməsinə, hakimiyyətin dəyişmə prinsipinə aid olan demokratik şüarlardır", Sergey Lavrov bildirib.

Bununla belə o qeyd edib ki, "İslam ənənələri, sözsüz ki, bu prosseslərdə özünü göstərəcək".

"Təcrübə göstərir ki, İslam və demokratiya birgə mövcud ola bilər. Türkiyəyə baxaq. Elə İranda da, yeri gəlmişkən, demokratik proseslər, heç nəyə baxmayaraq, inkişaf edir" Lavrov bildirib.


Story Code: 59418

News Link :
https://www.islamtimes.org/az/news/59418/sergey-lavrov-təcrübə-göstərir-ki-islam-və-demokratiya-birgə-mövcud-ola-bilər

Islam Times
  https://www.islamtimes.org