QR CodeQR Code

Sui-qəsd olayı münasibətləri pozmayacaq - Çavuşoğlu

24 Dec 2016 21:41

IslamTimes - Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi Karlov cinayətinin arxasında kimlərin olduğunu bilirik.


Qısa zaman ərzində bu sui-qəsd olayı aydınlığa qovuşacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Ərdoğanla və Putinin dediyi kimi münasibətlərimizi pozmayacağıq. Bu ərəfədə Hələblə bağlı razılığa gəlindi və 45 min dinc sakini şəhərdən çıxarmağı bacardıq. Razılığa gələ bilmədiyimiz faktlar oldu. Belə hallar bütün ölkələr arasında mövcuddur”, - Çavuşoğlu bildirib. Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi rəsm sərgisində polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən güllələnmişdi.


Story Code: 594332

News Link :
https://www.islamtimes.org/az/news/594332/sui-qəsd-olayı-münasibətləri-pozmayacaq-çavuşoğlu

Islam Times
  https://www.islamtimes.org