0
Sunday 25 December 2016 - 13:35

Suriyaya uçarkən qəzaya uğrayan Rusiya təyyarəsindəki generallar...

Story Code : 594490
Suriyaya uçarkən qəzaya uğrayan Rusiya təyyarəsindəki generallar...
Virtualaz.org xəbər verir ki, təyyarənin Moskva ətrafındakı Çkalovsk hərbi aerodromundan havaya qalxdıqdan sonra Mozdokda yanacaq götürmək üçün enməsi nəzərdə tutulmuşdu. Lakin Şimali Qafqazda hava şəraiti əlverişsiz olduğundan təyyarənin Soçidə yanacaq götürməsi qərara alınıb.

Soçidəki istirahət bazalarından birindən şahidlər deyiblər ki, Tu-154-ün qəzaya uğraması anında onlar təyyarə mühərriklərinin yüksəkdən səsini eşidiblər. Lakin təyyarənin düşdüyü anı görməyiblər.

Digər informasiyaya görə təyyarənin sərnişinləri arasında daha bir general olub. Bu, Rusiya Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri, general-leytenant Valeri Mixayloviç Xəlilovdur.

* * *11:00

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindəki mənbə həkim-xeyriyyəçi Doktor Lizanın (Yelizaveta Qlinka) həqiqətən Suriyaya uçan heyətin tərkibində olduğunu təsdiqləyib. Lakin bildirib ki, Doktor Liza uçuşqabağı nəzarətdən keçəndən sonra onun adını sərnişinlərin siyahısından çıxarıblar.

Digər məlumata görə təyyarənin sərnişinləri arasında Rusiya Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri, general-leytenant Vladimir İvanosvki də olub. Bu, Suriyaya görə həyatını qurban verən ən yüksək rütbəli Rusiya zabiti hesab oluna bilər.

Xatırladaq ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi yaraqlılardan təmizlənmiş Hələb şəhərinə hərbi polis batalyonu yeridib. General İvanosvki Sankt-Peterburqdandır, Putinin yerlisidir, bundan əvvəl Müdafiə Nazirliyinin maddi-texniki təchizat idarəsinə rəhbərlik edib.
Source : Virtual.az
Comment