QR CodeQR Code

Rusiya: "Hələbdə mülki şəxslərin dəfn olunduğu kütləvi məzarlıqlar aşkarlandı"

Deyerler , 26 Dec 2016 16:17

Islamtimes - Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Hələbdə terrorçular tərəfindən işgəncə və zorakılığa məruz qalan mülki vətəndaşlara aid kütləvi məzarlıqların aşkarlandığını deyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Konaşenkov məsələ barədə mətbuata açıqlamasında belə danışıb: "Vəhşicəsinə işgəncələrə və zorakılığa məruz qalmış onlarla suriyalının olduğu kütləvi məzarlar aşkarlanıb. Bəzi cəsədlər parçalanmış vəziyyətdədir və vətəndaşların bəziləri isə başlarından vurularaq öldürülüb. Görünən budur ki, bu hələ başlanğıcdır".

Konaşenkov bütün qalıqların terrorçuların törətdiyi ən ağır müharibə cinayətləri kimi, dəqiqliklə qeydiyyata alındığını deyib. "Sözdə müxaliflərin London və Parisdəki avropalı havadarlarını, müxaliflərin əslində kimlər olduğunun bilmələri üçün ictimaiyyəti bu dəlillər barədə maksimum məlumatlandıracağıq".

Digər tərəfdən, Konaşenkov, mülayim adlandırılan yaraqlıların Hələbin şərqində küçələrə, binanın girişlərinə, maşınlara, motosikletlərə və oyuncaqlar da daxil olmaqla, demək olar ki, hər yerə mina yerləşdirdiklərini qeyd edib.


Story Code: 594759

News Link :
https://www.islamtimes.org/az/news/594759/rusiya-hələbdə-mülki-şəxslərin-dəfn-olunduğu-kütləvi-məzarlıqlar-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org