QR CodeQR Code

Almaniyada 7 min terrorçu var

Deyerler , 28 Dec 2016 21:46

İslamtimes - Böyük Britaniya Mİ6 təşkilatının sabiq rəhbəri Riçard Barett Almaniyada hökumət tərəfindən nəzarət altında olmayan 7 minə yaxın terrorçunun olduğunu bildirib.


Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Almaniya radiosunun məlumatına əsasən, Riçard Barett məsələ ilə bağlı açıqlamasında, Almaniyadakı terror şübhəlilərin çox təhlükəli radikallardan ibarət olduğunu və terror hücumlarına meyilli olduqlarını deyib.

Adının anonim saxlanılmasını istəyən bir Almaniya siyasətçisi isə İtaliyanın şimalındakı Milan şəhərinin ətrafında öldürülən Tunis əsilli terrorçunun taleyinin məlum olmadığını bildirib. O, həmin şəxsin Berlində yük maşınıyla terror aktı həyata keçirən insanın özü olub olmamasının da şübhəli olduğunu qeyd edib.


Story Code: 595419

News Link :
https://www.islamtimes.org/az/news/595419/almaniyada-7-min-terrorçu-var

Islam Times
  https://www.islamtimes.org