QR CodeQR Code

ABŞ koalisiyası Mosulda İŞİD-dən xilas olmağa çalışan sakinlərin sonuncu körpüsünü dağıtdı

Deyerler , 29 Dec 2016 16:11

Islamtimes - İraqın təhlükəsizlik qüvvələri Mosulda İŞİD-ə qarşı yenidən irəliləməyə başlayıb.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İraqın Daxili İşlər Nazirliyinin rəsmiləri bir aylıq ləngimədən sonra, İraq qüvvələrinin yenidən irəliləməyə davam etdiklərini deyib.

Bu arada, ABŞ-ın rəhbərklik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin Mosulda təşkil etdikləri hücumda, şəhərin şərq və qərb sahilini birləşdirən sonuncu körpü də sıradan çıxarılıb.

PressTV-nin xəbərinə əsasən, Mosul əhalisi dekabrın 28-də məsələ ilə bağlı narahatlıqlarını qeyd ediblər. Mosullular koalisiya qüvvələrinin şəhərin şərq və qərb sahilini birləşdirən sonuncu körpünün məhv edildiyini bildiriblər

Mosulun içindən keçən Dəclə çayı üzərindəki körpülərin hamısının məhv edilməsi səbəbilə artıq şəhərin bir tərəfindən digər tərəfinə keçmək üçün ancaq qayıqlardan istifadə etmək mümkün olacaq. Xalq ancaq bu körpülәrin vasitәsi ilә İŞİD-in nəzarəti altındakı ərazilərdən qaçmağı bacarırdı.


Story Code: 595619

News Link :
https://www.islamtimes.org/az/news/595619/abş-koalisiyası-mosulda-işid-dən-xilas-olmağa-çalışan-sakinlərin-sonuncu-körpüsünü-dağıtdı

Islam Times
  https://www.islamtimes.org