İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Filippinin Lit adasında terror aktı baş verib. Polis bildirir ki, terror aktı boks yarışı zamanı uzaqdan idarə edilən kustar yolla hazırlanmış partlayıcı qurğuyla həyata keçirilib. Partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Terror aktını hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.