0
Tuesday 15 March 2011 - 07:04

Azərbaycan İslam Partiyası tədbir keçirdi

Story Code : 59564
Azərbaycan İslam Partiyası tədbir keçirdi
Azərbaycan İslam Partiyası tədbir keçirdi
Dünən “PARK İNN” otelində Azərbaycan İslam Partiyasının (AİP) təşəbbüsü ilə İmam Həsən Əsgərinin (ə) mövluduna həsr olunmuş tədbir keçirilib. Respublikada fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə bütün bölgələrdən olan çoxsaylı ilahiyyatçılar, ziyalılar, dindarlar qatılıb. Qeyd edək ki, tədbirdə ilk olaraq AİP sədri Elçin Manafov çıxış edib və son aylarda ölkədə baş verən İslamafobiyadan xüsusilə hicab qadağasından və dindarların həbsindən danışıb. “Bu gün bizlər bayram günləri yaşamaqla yanaşı, həmçinin çox hüznlü və kədərli günlər yaşayırıq. Hicablı balalarımızın konstitusion hüquqları tapdalanaraq dərslərə buraxılmaması, dindarların heç bir günahları olmadan həbs olunması bizim üçün çox narahat edici haldır. Biz indiyə qədər gözləmə mövqeyində durmuşduq. Ümid edirdik ki, hakimiyyət strukturları bizim təmkinimizdən və səbrimizdən istifadə edib problemləri həll edəcək. Çox təəssüf ki, rəsmi dairələr bizim səbrimizdən və süktumuzdan sui-istifadə etdi və etməkdədir. Gəncə şəhərində artıq hicablı müəllimələri də dərsə buraxmırlar. Məsələlər günü-gündən daha da pisləşir. Biz AİP olaraq bu məsələlərə öz etirazımızı bildirmək üçün öz konstitusion hüququmuzdan istifadə edərək mitinq keçirmək qərarı vermişik. Bununla əlaqədar bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edəcəyik. Biz hicab məsləsinin həll etmək üçün hər bir şeyimizdə keçməyə hazırıq. Hətta bu yolda öldürülsək belə, bu hal bizim üçün ən böyük izzətli və şərəfli haldır”-deyə AİP sədri Elçin Manafov bildirib.


Bundan sonra tədbirdə çıxış edən ilahiyyatçı alim Höccətül-İslam Əli Əliyev, tədbir işitrakçılarını müqəddəs gün münasibəti ilə səmimi qəlbdən təbrik edərək ictimai məsələlərə öz münasibətini bildirdi: “Bu gün çox əzəmətli və müqəddəs bir gündür. Allah bu günü hər birimizə mübarək eləsin. Son aylarda ölkə ictimaiyyətində İslami dəyərlərə və şəxsiyyətlərə qarşı çox böyük formada təzyiqlər və xəyanətlər baş verməkdədir. Orta məktəblərdə hicabın qadağan olunması və dindar qardaşlarımızın öz söz azadlıqlarından istifadə edərək dnışıqdıqlara sözlərə görə həbs olunması bu məsələlərin bariz nümunəsidir. Hakimiyyət atdığı bu addımlarla çox böyük bir səhvə yol vermiş oldu. Məgər qardaşlarımız səhv deyirdilər. Onların istədikləri bu idi ki, ölkədə rüşvətxorluğunu qarşısı alınsın, öz başınalıqlar baş verməsin, milli və dini dəyələrimiz qorunub saxlanılsın. Bu cür məslələri tələb etmək cinayətdir? Bizim hakimiyyətdən bir neçə tələbimiz var
1. Tezliklə orta məlktəblərdə hicab qadağası ləğv olunsun.
2. Günahsız yerə həb olunan Hacı Mövsüm, Hacı Zülfüqar, Hacı Azər, Hacı Fəxri, Hacı Fəramiz və digər həbs olunan qardaşlarımız azadlığa buraxılsın.
3. Doqquz milyonluq müsəlman xalqı olan Azərbaycanın bir dənə də olsun İslami kanalı yoxdur. Tezliklə Azərbaycanda İslam kanalı açılsın. Ümid edir ki, bu tələblərimiz tezliklə həyata keçiriləcək. Hicab qadağasının aradan qaldırılmasında əgər ölmək lazım olarsa, biz buna hazırıq. Biz canımız bahasına olsa belə bu məsələyə qarşı öz etirazlarımızı bildirəcəyik. Əslində hicabı qadağan etmək istiyinlərin istəkləri ümumilikdə islamı aradan aparmaqdır. Biz bir neçə ay bundan qabaq bu qadağanı tətbiq etmək istyəndə biz bu sözləri demişdik. Əgər orta məktəb şagirdləri üçün qadağan olunmuşdusa bəs niyə Gəncədə müəllimələrə icazə vermirlər dərs deməyə? Bu qadağanı tətbiq etmək istəyənlər bununla kifayətlənməyəcəklər. Bir müddətdən sonra deyəcəklər ki, küçədə hicab taxmaq olmaz. Bunlar ümumilikdə İslamı aradan aparmaq istiyirlər. Prezident ölkə üçün valideyn hesab olunur. Bu gün biz bu valideyn qayğısını hiss etmirik. Əgər hər hansı bir vətəndaş ərzaqın ucuzluğuna görə və başqa bir ölkəyə üz tutursa və öz problemini həll etmək üçün öz prezidentindən dəstək ala bilmirsə, bu hal ökə prezidenti üçün utanc veric bir haldır”-deyə nüfuzlu alim əlavə edib.

Xatırladaq ki, bundan sonra tədbirdə AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, Qarabağ Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və başqaları çıxış edib. “PARK İNN” otelində Azərbaycan İslam Partiyasının (AİP) təşəbbüsü ilə keçirilən mövlud mərasiminin aparıcısı Cavid Cabbarlı, musiqi ifaçıları isə “Heydəri Kərar” qrupu olub.

/FaktXeber - HaqqYolu/
Comment