QR CodeQR Code

Yeni il gecəsi Türkiyə qana boyandı: 35 ölü, 40 yaralı

Nur.az.com , 1 Jan 2017 10:46

Islamtimes - İstanbuldakı gecə klubuna hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb. Türk mətbuatının verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.


Bundan əvvəl hücum zamanı iki nəfərin öldürdüyü bildirilirdi.

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

İnsident baş verən an gecə klubunda Yeni ili qeyd etməyə toplaşmış 500-600-dək insan olub.


Story Code: 596161

News Link :
https://www.islamtimes.org/az/news/596161/yeni-il-gecəsi-türkiyə-qana-boyandı-35-ölü-40-yaralı

Islam Times
  https://www.islamtimes.org