QR CodeQR Code

Səfirliklər İstanbul xəstəxanalarında vətəndaşlarını axtarır

Musavat , 1 Jan 2017 13:54

Islamtimes - Gecə İstanbulda baş verən dəhşətli terror aktından sonra Türkiyədəki səfirliklər İstanbul xəstəxanalarda öz vətəndaşlarını axtarır.


Məlum olduğu kimi, İstanbulun ən ünlü əyləncə məkanlarında olan "Reyna"da qətliama məruz qalanların içində xeyli əcnəbi vətəndaşlar da olub.

Türkiyə mediası xəbər verir ki, xarici turstlər əsasən bu əyləncə mərkəzində əylənməyə üstünlük verir. Bu üzdən də məlum ünvanda yeni il tədbirində qonaqların əsasını da turistlər təşkil edib.

CNN TÜRK xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən xarici ölkə səfirlikləri İstanbul xəstəxanalarına baş çəkirlər. Onlar terror hücumunda xəsarət alan vətəndaşlarını axtarr. CNN TÜRK-ün məlumatına grə, belə səfirliklərdən biri də Yaponiyanın Türkiyədəki səfirliyidir.


Story Code: 596194

News Link :
https://www.islamtimes.org/az/news/596194/səfirliklər-istanbul-xəstəxanalarında-vətəndaşlarını-axtarır

Islam Times
  https://www.islamtimes.org