0
Sunday 1 January 2017 - 13:54

Səfirliklər İstanbul xəstəxanalarında vətəndaşlarını axtarır

Story Code : 596194
Səfirliklər İstanbul xəstəxanalarında vətəndaşlarını axtarır
Məlum olduğu kimi, İstanbulun ən ünlü əyləncə məkanlarında olan "Reyna"da qətliama məruz qalanların içində xeyli əcnəbi vətəndaşlar da olub.

Türkiyə mediası xəbər verir ki, xarici turstlər əsasən bu əyləncə mərkəzində əylənməyə üstünlük verir. Bu üzdən də məlum ünvanda yeni il tədbirində qonaqların əsasını da turistlər təşkil edib.

CNN TÜRK xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən xarici ölkə səfirlikləri İstanbul xəstəxanalarına baş çəkirlər. Onlar terror hücumunda xəsarət alan vətəndaşlarını axtarr. CNN TÜRK-ün məlumatına grə, belə səfirliklərdən biri də Yaponiyanın Türkiyədəki səfirliyidir.
Source : Musavat
Comment