0
Sunday 1 January 2017 - 16:28

Nəcəfdə hərbi posta silahlı hücum: Ölən və yaralananlar va

Story Code : 596228
Nəcəfdə hərbi posta silahlı hücum: Ölən və yaralananlar va
İslamazeri.az-ın "SumariaTV"yə istinadən verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərinin Qadisiyyə bölgəsində bir hərbi posta hücum həyata keçirilib. Hücum zamanı hər iki tərəf itki verib.
Kürdlərin "Rudav" telekanalının İraqdakı müxbirinin əldə etdiyi məlumata görə, hücum bomba quraşdırılmış avtomobilin hücumu ilə həyata keçirilib. Partlayışdan sonra digər terrorçular hərbçilərə və ətrafa atəş açıblar. İlkin məlumata görə, 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edən terrorçulardan 3 nəfərin məhv edildiyi də bildirilir.

Polis Nəcəfdə təhlükəsizliyin tam nəzarət altına alındığını bildirib və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib.

Nəcəf valisi Luay Yasir isə ölənlərin 6 nəfər olduğunu, 10 nəfərin isə yaralandığını mətbuata açıqlayıb.
Source : İslamazeri
Comment