QR CodeQR Code

Tramp məhbusların “Quantanamo” həbsxanasından köçürülməsinə qarşı çıxıb

Apa , 4 Jan 2017 08:40

Islamtimes - ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, “Quantanamo” həbsxanasında saxlanılan “çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bu barədə “Twitter” hesabında bildirib.

“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bu barədə “Twitter” hesabında bildirib.

“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, - deyə Tramp qeyd edib.



Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.


Story Code: 596941

News Link :
https://www.islamtimes.org/az/news/596941/tramp-məhbusların-quantanamo-həbsxanasından-köçürülməsinə-qarşı-çıxıb

Islam Times
  https://www.islamtimes.org