0
Wednesday 4 January 2017 - 09:03

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Story Code : 596951
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb
APA-nın xəbərinə görə, parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da üç ay müddətinə uzadılıb.
Source : Axar
Comment