QR CodeQR Code

Liviya Ərəb birliyinə “yox” dedi

IslamTimes , 15 Mar 2011 16:53

Reporter :

İslamtimes - Liviya, Ərəb Birliyinin "Liviya hava sahəsi uçuşa qadağan bölgə elan edilsin" qərarını rədd etdi.


islamtimes.org/az/ - Liviya dövlət televiziyası, Ərəb Birliyinin BM Təhlükəsizlik Şurasına, Liviya üzərində uçuşa qadağan bölgə tətbiq olunması çağırışı edən qərarını Tripoli rəhbərliyinin rədd etdiyini və qərarın qəbul edilə bilməz bir hərəkət olduğunu bildirdi. Xəbəri İRNA yayımlayıb.

Misirin paytaxtı Qahirədə dünən toplanan Ərəb Birliyi, BM Təhlükəsizlik Şurasına Liviyanı uçuşa qadağan bölgə elan etməsi çağırışında olmuşdur. Əlavə olaraq Liviyalı müxaliflərin Binqazi şəhərində qurduğu Milli Şura ilə ünsiyyət kanallarının açılmasına qərar vermiş, Şuranın Liviya xalqını təmsil etdiyini təqdim etmişdi.


Story Code: 59720

News Link :
https://www.islamtimes.org/az/news/59720/liviya-ərəb-birliyinə-yox-dedi

Islam Times
  https://www.islamtimes.org