QR CodeQR Code

Bəhreyndə yenə qan tökülə bilər

15 Mar 2011 20:58

IslamTimes - Nümayişçilər Səudiyyə Ərəbistanının səfirliyi önünə axışırlar


Bəhreyndə minlərlə aksiya iştirakçısı paytaxt Manamada yerləşən Səudiyyə Ərəbistanının səfirliyinə doğru hərəkətə başlayıb. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, onlar ölkəyə hərbi birləşmələrinin daxil olmasına etirazlarını bildirirlər.
Aksiyaçılar ölkənin bayrağını qaldırıb, mövcud hakimiyyətə qarşı şüarlar səsləndirir, ölkədə yaşayan şiələrlə sünnilərin birgə olduğunu vurğulayırlar.

Qeyd edək ki, martın 14-də Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri Bəhreyn Krallığının ərazisinə daxil olub. Bu qüvvələrin əsasını Səudiyyə Ərəbistanının 1000 hərbçisi təşkil edir. Bəhreyn hakimiyyəti də əhalini qanun və qaydanın bərpası istiqamətində bu qüvvələrlə sıx əməkdaşlıq etməyə çağırıb. Rəsmi məlumatda qeyd olunur ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri qarşılıqlı müdafiə və milli təhlükəsizliyin bərpa edilməsi ilə bağlı razılaşmaya uyğun olaraq Bəhreyn kralının xahişi ilə ölkəyə daxil olub.
Xatırladaq ki, bir ay əvvəl Bəhreyndə şiə müxalifət qüvvələri aksiyalara başlayıblar. Ölkə əhalisinin 75 faizini şiələr təşkil edir, ölkəni isə sünni kral ailəsi idarə edir. İndiyə qədər polislə qarşıdurmalarda 7 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bu gün Bəhreyn kralı ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edib.


Story Code: 59748

News Link :
https://www.islamtimes.org/az/news/59748/bəhreyndə-yenə-qan-tökülə-bilər

Islam Times
  https://www.islamtimes.org