0
Wednesday 16 March 2011 - 06:57

Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

Story Code : 59791
Yaponiya - Japon
Yaponiya - Japon
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Yaponiyanın baş naziri Naoto Kan radiasiya səviyyəsi və daha artıq sızma riskinin xeyli yüksək olduğunu bildirib. Fukuşima nüvə reaktorunun 30 km-lik məsafəsində yaşayanlara evlərindən çıxmamağa göstəriş verilib. Yaponiyanın şimalında isə zəlzələ və sunaminin yerlə yeksan etdiyi ərazilərdə cəsədlərin axtarışı davam etdirilir. İndiyədək 2400 cəsəd aşkar edilib. Minlərlə insan hələ də itkindir. Yaponiya baş naziri fəlakətə məruz qalmış ərazilərə baş çəkməyə davam edir və nüvə reaktorunda baş verən sonuncu partlayış dünyanın diqqətini zəlzələnin və onun ardınca sahildən bəzi hallarda on kilometrə qədər ərazini təsiri altında qoyan sunaminin səbəb olduğu dağıntılardan radiasiyanın yayılması təhlükəsi və bunun üçün görüləcək tədbirlərə yönəldib. 
Comment