QR CodeQR Code

Qəddafi, haydı getsənə!

16 Mar 2011 07:03

IslamTimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya prezidenti Müammər Qəddafini istefa verməyə çağırıb.


"Əl Ərəbiyyə" televiziyasına müsahibə verən Ərdoğan Qəddafinin müsbət addımlar atmasına ümid etdiyini bildirib. Ərdoğan Liviya prezidentinə "Xalqın dəstəyinə sahib olan bir prezident təyin et və qarışıqlıq bitsin" deyə səslənib. Türkiyənin baş naziri əsas məsələnin Liviyanın şərqi ilə qərbi arasındakı toqquşmanın sona çatdırılması olduğunu bildirib. Ərdoğan Qəddafiyə etdiyi təklifin qan tökülməsinin qarşısını ala biləcəyini düşündüyünü deyib. /HaqqYolu/


Story Code: 59792

News Link :
https://www.islamtimes.org/az/news/59792/qəddafi-haydı-getsənə

Islam Times
  https://www.islamtimes.org