0
Sunday 8 January 2017 - 17:32

Qətər Misirin əmniyyət və asayişini nişan alıb!

Story Code : 598297
Qətər Misirin əmniyyət və asayişini nişan alıb!
Nur-az.com farsnews.com-a istinadən:

Misir Demokratik Ərəb Partiyasının siyasi şöbə müdiri Məhəmməd seyid Əhməd Fars Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində belə bildirib:
„Hal-hazırda Qətər dövləti regionda Amerika-İsrail parçalama strategiyasının avanqardı kimi çıxış edir. Məntəqə üzrə ərəb ölkə və millətləri arasında oyanış və dirçəliş başlandığı gündən etibarən Qətər meydana bir fitnəkar kimi atılıb və xüsusilə Misirə qarşı manevrləri daha sərt olub. Elə o vaxtdan başlayaraq bu ölkənin əl-Cəzirə kanalı daim terrorçu təşkilat və qüvvələrin hami və havadarı olub, onları məqsədlərinə yönəltməkdə xüsusi xidmət göstərib. Belə ki, ardıcıl yalan məlumat və şayiələr yayaraq dövlət və millətimizə qarşı saxta müxalifət yaratmağa cəhd göstəribdir.
Bu rejim Misirdən qaçan terrorist ünsürləri cəlb etməklə internet səhifələrində elektron cəbhə açaraq beynəlxalq səviyyədə əleyhimizə təxribatı davam etdirir. Misirin «İxvan» və digər müxalif qüvvələrini beşulduzlu otellərində yerləşdirərək hər cür maddi vəsaitlə təmin etməklə ölkədə stabilliyi pozmağa çalışır.
Hazırda Efiopiyaya Nil üzərində «əl-Nehzət» stansiyasının inşaatına dair Amerika-İsrail-Səudiyyə Ərəbistanı üçlüyü tərəfindən nəzərdə tutulan maliyyə yardım vəsaiti birbaşa ölkəmizin təhlükəsizliyini nişan alan daha böyük plandır.
Qətəri, demək olar, ərəb ölkələri arasında Amerikanın bir ştatı sanmalı, regionda apardığı çirkin siyasət və fəaliyyətlərinə görə xərçəng şişi hesab etməliyik.“
Həmçinin o, Suriyadakı münaqişə ilə bağlı belə deyib:
„Suriya hakim strukturu beynəlxalq səviyyədə Rusiya, Çin, İran və Hizbullahla müəyyən regional koalisiya yaradaraq düz 6 il ərzində nəinki döyüş meydanında, ümumiyyətlə, bütün siyasi, ictimai və diplomatik sahələrdə dünya miqyaslı fitnə və təxribatların qarşısında öz hakimiyyətini qoruya bilib. Bu hakimiyyətin ən böyük müvəffəqiyyəti bütün müxalifət və havadarlarını müzakirə masasının arxasına çəkə bilməsidir ki, onun siyasi diplomatiyasındakı bacarığı göstərir.
Hələbin azadlığı həqiqətdə münaqişə meydanında müvazinəti tam dəyişərək yeni üfüq açıb və böhrana son nöqtəni qoymaq üzrədir. Demək olar, İdlibin azadlığı ilə bu da, hasil olacaq. İdlib azad olandan sonra daha ölkənin müstəqilliyinə qarşı çıxan müxalifətin müzakirə masası arxasına oturmaqdan başqa çıxış yolu qalmır. Bunun ilkin əlamətləri isə münaqişədə şərr tərəfi təmsil edən Türkiyənin artıq Rusiya-İran blokuna qoşulduğu zamandan özünü büruzə verməyə başlayıb. “
Source : Nur.az.com
Comment