0
Monday 1 June 2009 - 10:26

VASİF TALIBOV “LABA”nın VİLLASINI UÇURTDURDU

Naxçıvan “xan”ı bir əsgər ailəsini də evsiz qoydu
Story Code : 5986
VASİF TALIBOV “LABA”nın VİLLASINI UÇURTDURDU
Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, malikanə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsən öz tapşırığı ilə sökülüb. Rəsmi səbəb kimi binanın o ərazidə salınan Heydər Əliyev parkının ərazisinə düşməsi göstərilib.
Lakin mənbəmizin verdiyi məlumata görə, “Laba”nın evi parkdan xeyli aralıda yerləşir. Müasir üslubda inşa edilən bina həm də Şərur rayon mərkəzinə xüsusi gözəllik verirmiş və parkın görünüşünə xələl gətirmirmiş.
Mənbə deyir ki, evin sökülməsinin əsas səbəbi M.Pənahovla V.Talıbov arasında uzun illərdir gedən şəxsi mübarizədir. V.Talıbov Naxçıvanda “Laba”ya məxsus olan obyektlərin hamısını sökdürüb. Şərur rayonunun mərkəzində yerləşən 4 mərtəbəli villa Naxçıvan ərazisində M.Pənahova məxsus sonuncu mülk idi. V.Talıbov onu da sökdürməklə rəqibinin Naxçıvanla son əlaqəsini də faktiki olaraq qırmış oldu.
V.Talıbov Şərurda Heydər Əliyev parkını bəhanə edərək əsgər ailəsinə məxsus evi də sökdürüb. Naxçıvandakı qaynağımızın sözlərinə görə, sökülən digər ev hazırda həqiqi hərbi xidmətdə olan Cəmaləddin Əliyevə məxsusdur. C.Əliyevin ailəli olduğunu bildirən mənbəmiz deyir ki, söküntü işləri aparılarkən evdə heç kim olmayıb: “Cəmaləddinin evi Şərur rayonunun girişində, parkın yüz metrliyində yerləşir. Həmin ev parkdan aralı olmasına baxmayaraq söküldü. Ev sahibi Cəmaləddin Əliyev hazırda hərbi xidmətdədir. Onun atası və ailəsi Bakıda yaşayır. Söküntü işləri ev sahiblərindən xəbərsiz aparılıb. Fəhlələr polis nəzarəti altında evi yerlə-yeksan etdilər. Ev əşyaları da dağıntılar altında qaldı”.
Source : Yeni Musavat
Comment