0
Wednesday 16 March 2011 - 13:39

Qum tələbələri gömrükdə saxlanılıb

Story Code : 59880
Qum tələbələri gömrükdə saxlanılıb
Qum tələbələri gömrükdə saxlanılıb
HaqqYoluXeber-in Astara müxbiri Ramiz Mehdinin verdiyi məlumata əsasən, ötən gün Qumdan yola düşən və bu gün səhər Astara gömrük-keçid məntəqəsindən Azərbaycan Respublikasına keçmək istəyən 30-a yaxın ruhani-tələbə gömrük polisi tərəfindən saxlanılıb. Novruz bayramı münasibətlə tətili vətəndə keçirmək qərarına gəlmiş ruhani-tələbələrin ailələri məntəqədən buraxılıb, özləri isə məntəqədə saxlanılıb. Hazırda tələbələrin valideynləri və yaxınları Astara gömrük məntəqəsində toplanıb və ciddi gərginlik yaşanmaqdadır. Valideynlərə onların övladlarının saxlanması ilə bağlı heç bir izahat verilmir. Tələbələr arasında 4 Gürcüstan vətəndaşı var.

Comment