0
Wednesday 11 January 2017 - 23:28

Misirin dünya şöhrətli Quran qarisi: "Sünnilər şiə fiqhinə əməl edə bilərlər"

Story Code : 599298
Misirin dünya şöhrətli Quran qarisi: "Sünnilər şiə fiqhinə əməl edə bilərlər"
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Misirin dünya şöhrətli Quran qarisi Şeyx Əhməd Əl-Naina Əl-Əzhər Universitetinin baş müftisi Şeyx Şəltutun fətvasına istinadən belə danışıb: "Şeyx Şəltut 1959-ci ildə verdiyi tarixi fətvası ilə şiəliyin və cəfəri məzhəbinin digər 4 sünni məzhəbləri (Hənəfi, Şafei, Maliki və Hənbəli) kimi, həqiqi və doğru bir məzhəb olduğunu və əhli sünnənin şiə məzhəbinin verdiyi fətvalara əməl edə biləcəyini bildirmişdi".



Şeyx Əhməd Əl-Naina Misirin Əş-Şuəb Əl-Misir xəbər kanalına verdiyi müsahibəsində belə danışıb: "Müsəlmanlar İslam məzhəbləri arasında ixtilaf yaratmaqdan və ayrı-seçkilik etməkdən çəkinməlidir, çünki Allah (c.c), Quran da İslam dinini heç bir məzhəbə məxsus etməmişdir. Müsəlmanlar bu həssas dövrdə, әvvәlkindәn daha çox vәhdәti qorumalıdırlar.



Mərhum Ayətullah Burucerdi İslam Məzhəblərini Yaxınlaşdırma Dərnəyini quraraq və İslam ölkələrinə, xüsusilə də Misir və Əl-Əzhər universitetinə nümayəndələr göndərərək, İslam ümmətinin vəhdəti məsələsində çox böyük addımlar atdı və nəticə etibarilə Misirin Əl-Əzhər universitetinin baş müftisi 1959-cu ildə tarixi fətvası ilə sünnilərin şiə fiqh elminə əməl edə biləcəyini dedi".
Source : Deyerler
Comment