0
Wednesday 11 January 2017 - 23:41

Türkiyə Ermənistanla sərhəddə sədd tikəcək

Story Code : 599300
Türkiyə Ermənistanla sərhəddə sədd tikəcək
Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır.

İslamAzeri.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.

3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.
Source : İslamazeri
Comment