QR CodeQR Code

İnqilab Binədən başlayır?

HaqqYolu , 17 Mar 2011 06:33

IslamTimes - Azərbaycan bazarlarında xalqa zülm artır


Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan 100-dən artıq adam Lökbatan yolunu bağlayaraq etiraz aksiyası keçirməyə cəhd edib. Satıcıların Modern.az-a verdiyi məlumata görə, bazar rəhbərliyi yerhaqlarını artırıb və onlar buna etiraz edərək aksiyaya başlayıblar.Bazar rəhbərliyi aksiya iştirakçlarını qəbul etməkdən imtina edib. Namiq adlı satıcının verdiyi məlumata görə, bazarın mühafizə xidmətinin əməkdaşları onları döyərək yoldan çıxarmağa başlayıblar. Satıcıların Lökbatan yolunu bağlamaq cəhdinə polis imkan verməyb. Sahibkarlar işi dayandıraraq tələblərinin əməl olunmasına israr edirlər.


Story Code: 60026

News Link :
https://www.islamtimes.org/az/news/60026/inqilab-binədən-başlayır

Islam Times
  https://www.islamtimes.org