QR CodeQR Code

Suriyada Əhli-Beyt (ə) ardıcıllarının Fua və Keferya kəndlərinə hücum edən terrorçulara güclü zərbə vuruldu

Deyerler , 15 Jan 2017 16:04

Islamtimes - Rusiyanın döyüş təyyarələri İdlibdə mühasirədə olan Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Fua və Keferya kəndlərinə hücum edən terrorçuları bombardman edib.


Deyerler.org xəbər verir ki, Al-Masdar-a məlumat verən hərbi mənbələrdən biri Fua və Keferyaya minaatanlarla hücum edən terrorçuların hədəflərinin müəyyən olunaraq, bombalandığını deyib. Rusiyanın döyüş təyyarələri bu kəndlərin yaxınlığında yerləşən və terrorçuların əlində olan Maret Misrin, Binniş qəsəbələrini və İdlib şəhərindəki hədəfləri intensiv şəkildə bombalayıb. Rusiyanın qırıcılarının bu əməliyyatı on minlərlə insanın yaşadığı mühasirə altındakı Fua və Keferyaya qarşı həyata keçirilən ardıcıl hücumlardan sonra reallaşıb.


Story Code: 600329

News Link :
https://www.islamtimes.org/az/news/600329/suriyada-əhli-beyt-ə-ardıcıllarının-fua-və-keferya-kəndlərinə-hücum-edən-terrorçulara-güclü-zərbə-vuruldu

Islam Times
  https://www.islamtimes.org