0
Monday 16 January 2017 - 08:10

İsrail İmad Muğniyə ilə bağlı yeni məlumat yaydı

Story Code : 600445
İsrail İmad Muğniyə ilə bağlı yeni məlumat yaydı
İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, 2008-ci ildə Barak Obamanın Ağ Evə daxil olmasından sonra İmad Muğniyyəni araşdırmaq niyyətiylə CİA və Mossadın ortaq əməliyyat sistemi yaradılıb.

İki təşkilat arasında müxtəlif zamanlarda həmkarlıqlar qeydə alınsa da, bu onların əməliyyat keçirmələri üçün ilk həmkarlıqları olub.

Qeyd edək ki, İmad Muğniyə 2008-cı il Fеvral ayının 12-də Suriyanın Dəməşq şəhərində terror aktı nəticəsində qətlə yetirilib .
İmad Muğniyə qətlə yetirildikdən sonra İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın rəhbərliyindən bir şəxs İsrail qəzetlərindən birinə verdiyi müsahibəsində "Biz uzun zamandır rahat nəfəs ala bilmirdik. O, nəinki həyatda, hətta yuxularımızda da kabusa çevrilmişdi. Biz hər an İmad Muğniyədən yeni əməliyyat gələcəyini gözləyirdik. İmad Muğniyə öldürüldüyündə biz buna inanmamışdıq. Çünki o, dəfələrlə öz haqqında olan bütün məlumatları və simasını dəyişdirmişdi. Onu tapmaq bizim üçün hər gün daha da çətinləşirdi. Keçirdiyimiz sui-qəsd planları baş tutmurdu. Lakin biz kabusumuza qalib gəldik və onu öldürdük. Bundan sonra İsrail rahat nəfəs ala bilər", -deyə bildirmişdi.
Source : İslamazeri
Comment