0
Monday 16 January 2017 - 20:30

Nigeriya şiələrinin lideri Şeyx Zakzakidən xəbər var

Story Code : 600756
Nigeriya şiələrinin lideri Şeyx Zakzakidən xəbər var
İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Nigeriyanın islam hərəkatının rəhbəri Şeyx Yaqub Yəhya ölkənin son vəziyyəti barədə açıqlama verib. Şeyx Zakzakinin də vəziyyəti barədə məlumat verən Yəhya bildirib:

“Şeyxin ümumi halı yaxşıdır və 85% sağlamdır. Onunla bağlı işlər öz axarı ilə davam edir. Ölkənin ali məhkəməsinin Şeyx Zakzakinin polisə təhvil verilməsiylə bağlı təyin etdiyi müddət bu gün bitir. Hakimiyyətin sabah gecəyə qədər onu polisə təhvil vermək üçün vaxtı var. Onun sərbəst buraxılması ehtimalı 50%-dir. Çünki Nigeriya hakimiyyəti onu özünə düşmən bilir və sərbəst buraxılmasını açıq olaraq elan edə bilmir. Bəziləri məni onun canişini və əvəzedicisi adlandırsa da, onu heç kim əvəz edə bilməz. Çünki o, misilsiz şəxsiyyətdir və heç kim onunla eyni məqama sahib ola bilməz. Biz onun şagirdləri olaraq öz vəifələrimizə əməl edirik. Nigeriya hakimiyyəti və vəhhabilərin təhdidinə baxmayaraq xalq bizim ətrafımızda toplaşıb və biz inkişaf etmişik.”
Source : İslamazeri
Comment