QR CodeQR Code

Hacı Əlikram dünyasını dəyişdi!..

17 Mar 2011 20:47

IslamTimes - Azərbaycan Respublikasında İslam Hərəkatının rəhbərlərindən olan Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.


Mərhum Hacı Əlikram Əliyev 1940-cı ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin 25 km-də yerləşən dindar Nardaran kəndində dünyaya göz açıb.
Müasir Azərbaycan tarixində iki İslam hərəkatı qeydə alınıb. 1930-cu ildə Ayətullah Şeyx Əbdülqəni Badikubeyinin rəhbərliyi ilə “İlahi dəvət cəmiyyətinin” təşəbbüsü ilə hərəkat böyük din alimin şəhadəti ilə başa çatıb.
1979-cu ildə İranda İslam İnqilabından sonra bütün dünyada, o cümlədən region ölkələrində bir dini canlanma yaranıb. Sovet hakimiyyətinin son illərində isə mərhum Hacı Əlikram və onun ətrafındakıların ağır zəhmətləri ilə ikinci dini oyanış hərəkatı baş tutub. Hacı Əlikram Əliyev dini fəaliyyətlərinə görə həbsdə olub, işgəncələrə məruz qalıb. Ömrünün son illərini ağır xəstəliklə keçirən Hacı bu gün Allahın dərghahına qovuşub.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu mərhuma rəhmət diləyir , onun ailəsinə, yaxınlarına başsağlığı verir. Allah rəhmət etsin!


Story Code: 60171

News Link :
https://www.islamtimes.org/az/news/60171/hacı-əlikram-dünyasını-dəyişdi

Islam Times
  https://www.islamtimes.org