0
Saturday 21 January 2017 - 12:30

Tramp gələn kimi Ağ Evin saytından homoseksuallarla bağlı bölmə yığışdırıldı

Story Code : 602168
Tramp gələn kimi Ağ Evin saytından homoseksuallarla bağlı bölmə yığışdırıldı
LGBT-yə həsr edilmiş səhifə daha əvvəl cinsi azlıqların hüquqlarının müdafiəsinə təşəbbüslərlə bağlı nəzərdə tutulurdu.

Virtualaz.org-un məlumatına görə, artıq saytda, ümumiyyətlə, LGBT abbreviaturası xatırlanmır.
 
İqlim dəyişikliyi haqqında informasiyanın yerinə isə ölkənin energetika sektorunun yaxşılaşması ilə bağlı Donald Trampın planı təqdim edilib. Dərc edilmiş materiallara əsasən, yeni prezident Barak Obamanın təşəbbüslərinin reallaşdırması məqsədi ilə daxil edilmiş nizama salmanı ləğv etməyə hazırlaşır.
 
Daha əvvəl Tramp dövlət tibbi sığorta sistemi “Obamacare”nin qismən ləğvi haqqında fərman imzalayıb.
Comment